22 Avqust 2014 18:24
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədrəddin Quliyev: “Türkiyənin siyasi xadimlərinin əsgərlərimizə baş çəkdiyinin şahidi olduq”

“Cəbhədə baş verən son atışma səbəbindən yaralanan və hazırda Ankarada Atatürk adına xəstəxanada müalicə olunan Elvin Əsgərov və Sərhan Tahirzadəni ziyarət etdik. Hər iki əsgərimiz özünü yaxşı hiss edir. Bizdə qürur duyuruq ki, belə əsgərlərimiz var və hər zaman onlara dəstək verməyi özümüzə mənəvi borc bilirik”. Bunu Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev söyləyib. Onun sözlərinə görə, xəstəxanaya gedərək əsgərlərlə görüşüb, Azərbaycan xalqının onların yanında olduğunu deyib və allahdan onlara şəfa dilədik:

“Eləcədə canları və qanları ilə torpaqlarımızı qoruduqlarına, gələcək nəsillərə örnək olduqları üçün təşəkkürümüzü ifadə etdik. Hər zaman onların yanında olduğumuzu xüsusilə vurğuladıq. Onlara baş çəkməyi özümüzün mənəvi borcu olduğumuzu düşündük. Gələcəkdə ermənilərlə olacaq müharibə və savaşda vuruşacaq insanların bu vətən oğullarının qisasını yerdə qoymayacağını da onlara çatdırdıq. Eləcədə Azərbaycan xalqının müharibəyə hazır olduğunu xatırlatdıq”.

Bədrəddin Quliyev əlavə edib ki, xəstəxanada olduqları zaman Türkiyənin siyasi xadimlər, Azərbaycanı sevən insanların buraya gələrək yaralı əsgərlərimizə baş çəkdiyinin şahidi olduğunu da deyib: “Bizdə qürur duyuruq ki, Türkiyədə bizim yaralı əsgərlərimizə qardaş sayğısı göstərirlər. Bu göstərir ki, belə məsələlərdə Azərbaycan və Türkiyə bir yerdədir. Azərbaycan əsgərinə bir güllə atanda türkiyəli qardaşlarımız bunu hiss edir və bizlərin yanında olduğunu nümayiş etdirir. Allah bizə o günü qismət eləsin ki, Qarabağda vuruşaq, torpaqlarımızı geri alaq və bu vətən yolunda güllə ilə hədiyyələnən əsgərlərimizin qisasını alaq”.

Sonda partiya sədri söyləyib ki, yaralı əsgərlərimizə maddi və mənəvi yardım edib və artıq Azərbaycana qayıtmağı planlaşdırır”.

Cavidan


Müəllif: