29 Aprel 2014 13:11

"AXCP Milli Şurada təmsil olunur. Bu qurumun qərarları bizim üçün daha önəmlidir. Müsavat Partiyasının keçirmək istədiyi aksiyalara qoşulmaqda maraqlı deyilik".

Teleqtaf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev bildirib. Onun sözlərinə görə, Müsavat Partiyasının qərarları, addımları AXCP-yə aid deyil: "Bizim öz yolumuz, kursumuz var".

Qeyd edək ki, Müsavat Partiyası başqanı İsa Qəmbər bildirib ki, partiyada kütləvi etiraz aksiyası ilə bağlı müzakirələr gedir: "Hesab edirəm ki, həbs olunan şəxslərlə bağlı yaxın günlərdə mitinq keçirmək olar. "Məhsul" Cəmiyyətinin stadionunda belə bir mitinq keçirmək mümkündür. Əgər digər qüvvələr də bu haqda düşünsələr və mövqelərini ifadə etsələr, böyük bir mitinq keçirə bilərik. Düşünürəm ki, lap yaxın günlərdə bununla bağlı müraciət etmək olar”.

R.Nurullayev bir daha qeyd etdi ki, AXCP Müsavat Partiyası ilə birlikdə aksiya keçirmək niyyətində deyil.

Ruslan


Müəllif: Ruslan Xəlil