29 Aprel 2014 14:01
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bunun mənə dəxli yoxdur, mənim rəhbərliyim dövründə belə şey olmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu İctimai Televiziya və Radio Yayımları şirkətinin keçmiş rəhbəri İsmayıl Ömərov mətbuata açıqlamasında İTV rəhbərliyinin onu “Blue Water Shipping Caspian Ltd” şirkətinin pulunu ödəməməkdə ittiham etməsinə münasibət bildirərkən deyib.

İ. Ömərov qeyd edib ki, o bu barədə daha danışmaq istəmir: “Müavinim hər şeyə aydınlıq gətirib. Onu deyə bilərəm ki, deyilənlərin mənə dəxli yoxdur”.

Qeyd edək ki, beynəlxalq daşımaçılıqla məşğul olan “Blue Water Shipping Caspian Ltd” şirkəti İTV-ni məhkəmə verib. Şirkət televiziyadan gördüyü işin müqabilində pul tələb edir. İTV isə bunun İsmayıl Ömərovun vaxtında baş verdiyini deyib.

“Məhkəmə prosesinin indiki rəhbərliklə heç bir əlaqəsi yoxdur. Bu hadisə 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi ilə bağlıdır. O zaman İTV üzərinə bəzi öhdəliklər götürüb. Ancaq bunu yerinə yetirməyib. Hazırda işə məhkəmədə baxılır. Məhkəmənin verəcəyi qərara əsasən işimizi görəcəyik”-deyə bildirilib. /Publika.Az/


Müəllif: Teleqraf.com