29 Aprel 2014 16:41

"Media nümayəndəsi olaraq siz maraqlandığınız qədər mitinq keçirənlər də bizim fikirlərimizlə maraqlansalar onlaraca cavab verərik. Digər siyasi qurumlarla bir yerdə gənclərin hüquqlarının müdafiəsilə bağlı birgə müzakirə edib müştərək tədbir keçirmək niyyətini ifadə etsəydilər bizim də mövqeyimiz olardı".

Bunu Teleqraf.com-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Müsavat Partiyasının başqanı İsa Qəmbərin mitinq keçirilməsilə bağlı məsələnin müxalifətin gündəmində olmasına dair fikirlərinə münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, Müsavat Partiyası başqanı İsa Qəmbər bildirib ki, partiyada kütləvi etiraz aksiyası ilə bağlı müzakirələr gedir: "Hesab edirəm ki, həbs olunan şəxslərlə bağlı yaxın günlərdə mitinq keçirmək olar. "Məhsul" Cəmiyyətinin stadionunda belə bir mitinq keçirmək mümkündür. Əgər digər qüvvələr də bu haqda düşünsələr və mövqelərini ifadə etsələr, böyük bir mitinq keçirə bilərik. Düşünürəm ki, lap yaxın günlərdə bununla bağlı müraciət etmək olar”. R.Nurullayev bir daha qeyd etdi ki, AXCP Müsavat Partiyası ilə birlikdə aksiya keçirmək niyyətində deyil.

Ruslan


Müəllif: