29 Aprel 2014 20:37
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı apardığı işə heç kəs qarışa bilməz. Çünki hüquq-mühafizə orqanları öz işlərini çox gözəl bilir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “Yurddaş” Partiyasının sədri Mais Səfərli Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun ölkədən çıxmamaları haqqında iltizam vermələrinə rəğmən, Fransa və ABŞ səfirliklərinin dəstəyi ilə Qətərə və oradan da Fransaya qaçmaq cəhdlərinə münasibəti bildirərkən deyib:

“Azərbaycan demokratik və hüquqi dövlətdir. Yəni, kimliyindən asılı olayaraq, hər kəs törətdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. Heç kəs əsassız saxlanılmır. Leyla Yunus və Arif Yunusun saxlanılması ilə bağlı bəzi qüvvələrin bu məsələni özlərinə məxsus formaya yönəltməyə çalışması həmin qüvvələrin Azərbaycan qanunlarına və Konstitusiyasına hörmət etməmələridir”.


Müəllif: