30 Aprel 2014 11:47
2 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rauf Mirqədirovun Suriyaya gedənlərdən fərqi yoxdur"

“Bu, xalq diplomatiyası deyil, bilavasitə casusluqdur”.

Teleqraf.com-un xəbərinə görə, bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Rauf Mirqədirovun, Leyla Yunusun və onun həyat yoldaşının "xalq diplomatiyası” adı altında ermənilərlə, xarici terror təşkilatları ilə əməkdaşlığına münasibət bildirərkən deyib.

YAP rəsmisi deyib ki, xalq diplomatiyası ondan ibarətdir ki, vaxtilə bir qrup Azərbaycan ziyalısı Dağlıq Qarabağa, Ermənistana səfər etdi və oranın prezidenti ilə görüşdü: “Təbii ki, bu, mətbuatda da geniş işıqlandırıldı. Eləcə də bir qrup erməni ziyalıları (yazıçı, şair, kinomatoqrafiyaçı, tanınmış insanlar və s. ) yəni, ölkəmizlə əlaqələri olanlar qarşılıqlı olaraq Azərbaycana səfər etdi. Bundan əlavə Cənubi Qafqaz parlament təşəbbüsü var idi ki, hər üç ölkədən 10 nəfər milllət vəkili və qeyri-hökumət təşkilatlarının nümayəndələri ildə iki dəfə görüşüb fikir mübadiləsi aparırdılar. Məsələn, müxtəlif sahələrlə bağlı (Nəqliyyat, bank, ekologiya sektoru üzrə) bu müharibənin üç ölkəyə vurduğu ziyan müzakirə edilirdi. Hətta ermənilər bunu görəndə belə çox dəhşətə gəlirdilər. Çünki biri var bu ümumi qaydada, biri də var ki, xüsusi ekspertlər və Avropa İttifaqının layihəsi çərçivəsində müzakirə edilsin. Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə onlar gördülər ki, tək nəqliyyat sektorunda müharibənin nəticəsi Ermənistana milyardlarla dollar dəyərində ziyan vurub. Buna, o cümlədən ekologiya və bank sektorunu da şamil etmək olar.

Bundan sonra isə qanunların təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması çərçivəsində bizim dəfələrlə debatlarımız olub. Bax bu, xalq diplomatiyası adlandırılır. Yoxsa, iki nəfər casus buradan başqa bir dövlətə gedir. Onlar nə saxlanılır, nə də ki barələrində heç bir məlumat verilmir. Birincisi, sən kimsən Xalq diplomatiyası adını dilinə gətirirsən? Sənin xalqı təmsil etmək hüququn yoxdur. Əgər bu gün yazıçı Anar Ermənistana gedirsə, işğalçı ölkənin 60 faizi yəni, köhnə nəsil bu insanı tanıyır. Eləcə də digərlərini buna misal olaraq göstərə bilərik. Rauf Mirqədirovun Suriyaya gedənlərlə heç bir fərqi yoxdur. Hesab edirəm ki, bu məsələlərin aydınlaşdırılması hüquq-mühafizə orqanlarının üzərinə düşür”.


Müəllif: