30 Aprel 2014 11:59
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” adlı beynəlxalq konfrans keçirilir.

“Qafqaz Point” otelində Azərbaycan Hüquqşünasları Konfederasiyası, Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” adlı beynəlxalq konfrans keçirilir.

Teleqraf.com-un məlumatına görə, tədbirdə açılış nitqi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyasının Sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin Sədri Əli Hüseynli, İngiltərə və Uels Hüquqşünaslar Cəmiyyətinin Prezidenti Nicholas Fluck, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Sədri, Milli Məclisin deputatı Azay Quliyev, Britaniya – Azərbaycan Hüquqşünaslar Assosiasiyasının Sədri Adrian Hughes, Britaniya – Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədr müavini Rəvan Məhərrəmov çıxış ediblər. Çıxışçılar əsasən Britaniya Azərbaycan Hüquqşünaslar Assosiasiyasının yaranması barədə danışıb, Böyük Britaniya və Azərbaycan Respublikasının hüquq sisteminin müqayisəli təhlilini aparıb, tədbirin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, Britaniya - Azərbaycan Hüquqşünaslar Asossasiyası Böyük Britaniya və Azərbaycan arasında əlaqələri artırmaq və biznes imkanlarını dəstəkləmək üçün Britaniya Azərbaycan Hüquq Asossasiyası əlaqələri inkişaf etdirmək məqsədi ilə layihəni həyata keçirir; hər iki ölkədə hüquq peşəkarları arasında hüquqi təcrübə mübadiləsini asanlaşdırmaq. Asossasiya birliyin üzvləri arasında BB və Azərbaycanda seminarlar, konfranslar və təlimlər təşkil edəcək. Bu layihədə Azərbaycan və BB-dan hüquq mütəxəssisləri, hökumət və qeyri–hökumət təşkilatları iştirak edəcək.

Daha sonra tədbirdə müxtəlif mövzularda çıxışlar başlanılıb. “İdman hüququ” mövzusunda Bakı Hüquq Mərkəzinin hüquqşünası Qumru Mehdiyeva (Böyük Britaniyadan (TBC) çıxış edib.

Beynəlxalq konfransda “Beynəlxalq Müqavilələr və Ticarət” mövzusunda Andrew Terry (Withers LLP), Ayxan Əsədov (BM Morrison Partners) və Rəşad Axundov (Azərbaycan Dövlət Neft Sirkəti -SOCAR) məruzələri dinlənilib.

Bundan başqa, “İnşaat Layihələri – lehinə hazırlamağın və mübahisələrin qarşısının alınması yolları” mövzusunda Adrian Hughes (39 Essex Street Chambers), Elçin Məmmədov (Omni Hüquq firması), “Britaniyada və Azərbaycanda xarici qərarların icrası” mövzusunda Emma Edhem (No 5 Chambers, Turkiyə-Britaniya Ticarət Palatasinin Sədri), Gündüz Kərimov, (Baker McKenzey), “Birlikdə iş (əməkdaşlıq); Hüquq sənətində Etika” mövzusunda Nicholas Fluck, İlqar Mehti ( Ekvita MMC), “Praktiki məsləhətlər” mövzusunda isə Christopher Coffinm (Withers LLP), Rəvan Məhərrəmov (Withers LLP) məruzələr edib.

Qeyd edək ki, Bakıya səfər edən qonaqlar Azərbaycan Respublikasında aparılan hüquq islahatları ilə tanış olmaq məqsədilə əlaqədar dövlət qurumlarında, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında görüşlər də keçirib.

BƏXTİYAR


Müəllif: