30 Aprel 2014 15:31
623

Bu gün AMİP sədri Yusif Bağırzadənin sədrliyi ilə Demokratik Qüvvələr Birliyinin növbəti iclası keçirilib.

Teleqraf. com-un xəbərinə görə, iclasda regionda geopolitik vəziyyət, Ukrayna böhranı və onun Azərbaycana təsiri, ölkədə demokratiya və insan haqları ilə bağlı yaranmış mövcud durum əsas müzakirə mövzusu olub. Quruma daxil olan partiya sədrləri hər iki mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıb, yaranmış situasiyadan narahat olduqlarını bildiriblər.

Birlik üzvləri demokratiya və insan haqlarının müdafiəsi ilə bağlı addımlar atmaq barədə qərar qəbul edib.

Nemət


Müəllif: