1 May 2014 11:59
2 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 10:30 radələrində Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbs olunmuş üzvlərinin məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, məhkəmə qarşısında polislə məhkəməyə gələnlər arasında gərginlik yaşanıb. Bir neçə nəfər, o cümlədən İlkin Hüseynov, Vidadi Məmmədov saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsinə aparıblar.

Məhkəmə qarşısına Müsavat funksionerləri Arif Hacılı, Gülağa Aslanlı, Tural Abbaslı Milli Şura üzvü Gültəkin Hacıbəyli gəlib.

Məhkəmədə gənclərin adından Rəşadət Axundov çıxış edib. O, etdikləri heç bir hərəkətdən peşiman olmadıqlarını söyləyib.

Məhkəmə başa çatıb, proses mayın 6-da davam edəcək.

Kəmalə


Müəllif: