14 Aprel 2014 20:22

Donetsk Vilayət Administrasiyasının rəhbəri Sergey Taruta bildirib ki, vətəndaşlar təxribatlara uymasınlar və ictimai asayışı pozmağa cəhd etməsinlər.

“Xüsusi, antiterror əməliyyat rejiminin əsas məqsədi, torpaqlarımızda sülh və qanun kimi amillərin qorunmasıdır. Bu gün bu amilləri aqressiv, əlisilahlı fanatik insanlar, həyasızcasına əlimizdən almaq istəyirlər. Onlar terroristlərdir və biz imkan vermərik ki, onlar bizim torpaqlarda hökm etsinlər”, - deyə, Taruta bazar ertəsi bəyan edib.

Vilayət Administrasiyasının rəhbəri ötən gün Slavyanskda həlak olanların ailələrinə baş sağlığı verərək, bildirib ki, zorakılıq eskalasiyasına yol vermək olmaz. “Zorakılıq yolu ilə heç bir problem həll etmək mümkün deyil. Bütün qarşıdurmalar dialoq vasitəsi ilə həll olunmalıdır. Pasxa həftəsi başlayır. Biri-birimizi anlamaq və eşitmək üçün ən münasib vaxtdır”, - deyə, qubernator bildirib.

Teleqraf.com


Müəllif: