1 May 2014 18:48
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik edəcəyi nümayəndə heyəti Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan forumunda iştirak etmək üçün may ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Yusif bin Tarrad Əl-Sədanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə E.Məmmədyarov deyib. Nazir nümayəndə heyətinə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi də daxil olacağını vurğulayıb.

Yusif bin Tarrad Əl-Səda Səudiyyə Ərəbistanının təşəbbüsü ilə keçiriləcək forumun çoxtərəfli və ikitərəfli əsasda ölkələrimiz arasında əlaqələrin inkişafına əlavə təkan verəcəyini qeyd edib.

Görüş əsnasında iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif: