2 May 2014 12:12
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin sessiyası öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, Cari məsələlərin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, parlament hakimiyyətin qollarından biri kimi ölkənin ictimai-siyasi məsələlərdə rol oynayır:

“Təəssüf edirəm ki, bəzən beynəlxalq təşkilatlar, QHT-lər, mətbuatda parlamentin nüfuzuna xələl gətirən fikirlər yer alır.

Qeyd edim ki, parlament açıq və şəffaf qurumdur və biz hər məsələni müzakirə edirik. Bir neçə gün əvvəl Beynəlxalq Şəffaflıq təşkilatının hesabatında parlamentə aid yalan informasiyalar dərc edilib. Hesabat hazırlamağın texnologiyası belədir ki, öncədən həmin quruma məlumat verilməlidir. Həmin qurumun rəhbəri Rəna Səfərəliyevadır. Korrupsiyaya qarşı mübarizə apardığını deyən bu xanım Leyla Yunusun 100 minlərlə vəsaitin nəğdləşdirilməsində iştirak edib. Hesab edirəm ki, bu qurumun baş ofisi həmin təşkilatla əlaqələrini dayandırmalıdır. Milli Məclisdə bu qurumun tədbirlərinə qatılmamalıdır”.

Nemət


Müəllif: