5 May 2014 12:29
1 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda yol infrastrukturu ilə məşğul olan şirkətlərin böyük əksəriyyəti "nurçular"a məxsusdur. Xüsusilə, asfalt zavodları onların monopoliyasındadır".

Bunu Teleqraf.com-a açıqlamasında hazırda şirvan bölgəsində yol infrastrukturu ilə məşğul olan şirkətlərlə bağlı araşdırmna aparan hüquq müdafiəçisi Vidadi İskəndərli bildirib. Onun sözlərinə görə, araşdırmalar zamanı bəlli olub ki, asfalt zavodları "nurçular"ın inhisarındadır.

Qeyd edək ki, "Axar.az" saytı Ucar rayonundakı Asfalt zavodunun müdiri Vaqif Nuriyev və onun müavini Aydın Hüseynov işdən çıxarılması barədə məlumat yayıb. Rayon icra hakimiyyəti başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva faktı təsdiqləyib. Rayon sakinləri Vaqif Nuriyev və müavini Aydın Hüseynovun "nurçu" olduğunu və bu üzdən vəzifədən çıxarıldıqlarını deyiblər.

V.İskəndəli isə Teleqraf.com-a deyib ki, bölgədəki yol infrastrukturu ilə məşğul olan şirkətlər nəqliyyat naziri Ziya Məmmədovun razılığı ilə Azərbaycana gəlib və burada iş qurublar: "Göyçaydakı asfalt zavod da "nurçular"a məxsusdur. Onlar çınqıl daş əldə etmək üçün Göyçay çayını bərbad hala qoyublar. Çayı 150 metr dərinliyində qazıb təhlükəli vəziyyət yaradıblar. Qaraməryəm kəndinə çınqıl daş dağı var. Oradan çınqılları "İpək Yolu" üçün satıblar. Rəsmi sənədləşmədə göstərilir ki, guya çınqıl daşlar pulla alınır. Əslində, havayı alınır. Ekskavatorlar çay və dağdakı çınqılları kamazlara doldurur və kamazlar da daşıyırlar. Burada külli miqdarda vəsaitlərin mənimsənilməsindən söhbət gedir. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə çınqıl daş müəssisəsini bağlayıb. Vergilər Nazirliyindən bizə bildirilib ki, həmin müəssisələri kobud qanun pozuntularına yol verdikləri üçün külli miqdarda cərimələniblər".

Ruslan


Müəllif: