5 May 2014 20:07
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Borçalıdakı seyid ocaqlarından birinə 50 min dollar nəzir verib.

Etibarlı mənbədən Teleqraf.com-a verilən məlumata görə, Gürcüstan prezidenti bir müddət əvvəl azərbaycanlıların yaşadığı bölgədə olub, əhalinin sosial-iqtisadi vəziyyəti ilə maraqlanıb. Seyid ocaqlarından birinin təmsilçisinin əhali ziyarət yeri olan binanın qəzalı vəziyyətdə olduğunu bildirib və G.Marqvelaşvilidən diqqət ayırmasını istəyib.

Görüşdən sonra Tbilisiyə qayıdan Gürcüstan prezidenti həmin seyid ocağının təmiri üçün 50 min dollar dəyərində ianə verib.

SAKİT


Müəllif: