6 May 2014 16:10
591

Milli QHT Forumunun təşkilatçılığı ilə “Antiterror iddiası və erməni terrorizminə “dəstək”” mövzusunda ictimai müzakirə keçirildi.

Tədbirdə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni bildirib ki, Rusiya Federasiyasının Krasnoyarsk Vilayəti Prokurorluğuna 1992-ci ildə “Azərnəşr” tərəfindən nəşr olunmuş “Erməni terrorizmi” mətbu nəşrinin “ekstremist” material hesab olunması, bu nəşrin Rusiyada ekstremist nəşrlər siyahısına əlavə edilməsi ilə bağlı müraciət edilib.

Onun sözlərinə görə, bu məqsədlə Rusiyanın Krasnoyarsk Mərkəzi Rayon Məhkəməsinə ötən ilin 29 noyabrında iddia ərizəsi ilə müraciət edilib: “Həmin iş üzrə “Azərnəşr” və AzərTac maraqlı tərəfdar qismində cəlb edilməlidir”.

R.Zeyni deyib ki, Rusiyanın Baş prokuroru ötən il dekabrın 4-də 12/36 saylı iddia ilə Azərbaycanın Baş prokuroruna müraciət edib.

Rusiyanın Krasnoyarsk Vilayət Prokurorluğunun iddiasına uyğun olaraq mayın 13-də məhkəmə iclası təyin edib: “Azərbaycanın Ədliyyə Nazirliyi Tibi-ekspertiza mərkəzi tərəfindən ekspert rəyi hazırlanıb. Zakir Qaralovun imzası ilə Rusiyanın Baş prokuroruna və Ali Məhkəməsinin sədrinə məsələ ilə əlaqədar məktub ünvanlayıb”.

Bəxtiyar


Müəllif: