6 May 2014 18:31
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini növbəti dəfə açıqlayacaq.

Amerikalı diplomat bu barədə özünün Twitter səhifəsində məlumat verib: “Mənim Karnegi fondunda Dağlıq Qarabağ konflikti ilə bağlı çıxışım olacaq. Bu, həm də ABŞ-ın Qarabağla bağlı siyasəti haqqında bir bəyanat olacaq”.

Qeyd edək ki, Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ceyms Uorlikin Tvitter sosial şəbəkəsində Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərinə ironiya ilə yanaşmışdı: “Hərdən elə təəssürat yaranır ki, cənab Uorlik Dağlıq Qarabağ münaqişəsini Tvitter-də həll etmək istəyir”.

Nərgiz


Müəllif: