15 Aprel 2014 17:43
2 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Yeni Müsavat” qəzetində “Vasif Talibov vəzifədən getmək qərarı verib” adlı yazı dərc olunub.

Yazıda bildirilir ki, Vasif Talıbov vəzifəsindən gedir. İddia olunur ki, Azərbaycan prezidentinin Naxçıvana ötən həftə etdiyi iki günlük səfər zamanı bu məsələ də V.Talıbovla ciddi müzakirə edilib və müəyyən razılaşmalar olub. V.Talıbovun yerinə isə bir neçə şəxsin namizədliyi qeyd olunub. Həmin şəxslərin arasında Prezident Administrasiyası rəhbərinin 4 müavini - Əli Əsədov, Zeynal Nağdəliyev, Novruz Məmmədov və Vahid Əliyevin adları yer alıb.

Bu yazıya Prezident Adminstrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter sosial şəbəkəsindən cavab verib. O, məlumatın tamamilə yalnış olduğunu qeyd edib: “Yeni Müsavat” belə cəfəng fikirləri ilə özünü tamam gözdən salıb. Kim isə “çox yüksək peşəkarlıq” nümayiş etdirir”, - deyə PA rəsmisi qeyd edib.

Nərgiz


Müəllif: