7 May 2014 11:18
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İyun ayında ATƏT-in Minsk Qrupunun fəaliyyəti müzakirəyə çıxarılacaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclis Sədrinin müavini, deputat Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. O, ATƏT-in Minsk Qrupundan narazılıq edib: “ATƏT-in Minsk Qrupunun fəaliyyət göstərdiyi 20 il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün itirilmiş illərdir. ATƏT-in Minsk qrupunun fəaliyyətini hər zaman tənqid etmişik. Atəşkəsin əldə olunmasının 20 illiyi ərəfəsində yenə də başqa cürə danışa bilmirik. Çünki təəssüf ki, böyük ümidlər doğuran, münaqişənin həlli üçün imkanlar yaradan bu müddətdən səmərəli istifadə olunmadı və bu illər ərzində görülmüş müsbət işlər barədə bir-birimizi təbrik edə bilmədik”.

Vitse-spikerin fikrincə, bu müddət ərzində bəlkə də döyüşlərdən sonra bir az dincəlmək, ölkədaxili, beynəlxalq məsələlərlə məşğul olmaq imkanı yarand: “Amma ölkə üçün ən önəmli, vacib olan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu da bizi narahat edir. Atəşkəsin 20 illiyi ərəfəsində nə onu əldə edənləri, nə onun qorunub saxlanması üçün çalışanları, nə də həm Ermənistan, həm Azərbaycanda sülhün intizarında olan vətəndaşları təbrik edə bilirik. ATƏT-in Bakıda keçirilən 23-cü illik sessiyasında mövcud durum nəzərə alınaraq bu məsələ ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, ATƏT-in illik sessiyası Bakıda iyunun 28-dən iyulun 3-nə kimi keçiriləcək.

Ruslan


Müəllif: