7 May 2014 15:07
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriçi Qaraheybət Təlim Mərkəzində qəbul edib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müdafiə naziri qonağı salamlayaraq iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin inkişaf etdiyini qeyd edib.

Cənubi Qafqazla Balkanlar arasında mövcud oxşar vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Eyni zamanda, ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan-Xorvatiya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüşdə Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Xorvatiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Neda Milişiç də iştirak ediblər.

BƏXTİYAR


Müəllif: