8 May 2014 13:37
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqın və Məcburi Köçkqünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Şuşanın işğalının 22-ci ildönümü ilə bağlı açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, komitə sədri “22 il Şuşasız” ifadəsi ilə razı olmadığını deyib: “Şuşa məkan kimi yerindədir, yalnız əhalisi müvəqqəti olaraq yerini dəyişib. “Şuşasız” sözünü yazmaq gənc nəslə pis təsir göstərir.

Ermənilər buranı işğal etməklə elə bilirlər, dünya musiqisinə dahi bəxş edə biləcəklər. Bu mümkün deyil. Şuşa müvəqqəti işğal olunub. Şuşa bütün islam dünyası üçün müqəddəs bir şəhərdir”.

Əli Həsənov Rusiyanın Ermənistana daha yaxşı münasibət bəslədiyinə inanmadığını deyib: “Biz Ruisya üçün daha əhəmiyytəliyik. Ermənistanın isə bu ölkə üçün heç bir əhəmiyyəti yoxdur. Bütün dünya ermənilərdən xəyanətkarlıqda, riyakarlıqda istifadə edir.

Qeyd edək ki, Şuşanın işğalının 22 il dönümü ilə bağlı Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müğam Mərkəzində tədbir keçirilib.

Bəxtiyar


Müəllif: