8 May 2014 14:08
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mayın ortalarında ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri planlaşdırılır. Səfər zamanı onlar Ermənistanda və Dağlıq Qarabağda olacaqlar”.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Xarici İşlər naziri Elmar Məmədyarov deyib. O, bldirib ki, Suriyadan qaçqın düşən ermənilərin işğal olunmuş ərazilərdə yerləşdirilməsinə dair müxtəlif səviyyədə məlumatlar yayılır: “Bu məlumatlar Azərbaycan tərəfini narahat edir. Ona görə də mən məktubla ATƏT-in Daimi Şurasına müracət etdim. Xahiş etdim ki, bu məsələ araşdlırılsın, bölgəyə faktaraşdırıcı missiya göndərilsin. Həmsədrlərin Ermənistan və Dağlıq Qarabağa bu dəfəki səfəri suriyalı ernmənilərlə bağlı yayılan həmin xoşagəlməz məlumatları araşdırmaq məqsədi daşıyacaq”.

Səxavət


Müəllif: