8 May 2014 23:15
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni icmasının Şuşanın işğal tarixini konsert proqramları ilə qeyd etməsinin qarşısı alınıb.

Gürcüstanın paytaxtı Tiflisdə erməni icmasının Şuşanın işğal tarixini bayram tədbirləri və konsert proqramları ilə kütləvi şəkildə qeyd etməsinin qarşısı alınıb.

Belə ki, erməni icması bir neçə gün əvvəl 9 may qələbə gününü qeyd etmək adı ilə konsert zalı kirayələyib. Amma nədənsə tədbir ücün konsert zali qələbə gününün qeyd edildiyi tarixdə deyil, mayin 8-ə Şuşanin işğal tarixi gününə kirayələnib. Konsertin keçiriləcəyi zalin rəhbərliyi də məkanin bir neçə gün əvvəl erməni icmasinin sədri tərəfindən kirayə götürüldüyünü dedi.

Rəhbərliyin xəbəri olmayan konsertin afişaları isə bir neçə gün əvvəl artıq məkana yapışdırılıbmış. Mühafizə xidmətinin əməkdaşlarından öyrəndik ki, ötən günün ikinci yarısı xüsusi yerlərə yapışdırılan afişalar çıxarılıb. Burada keçiriləcək konsertin hansı məqsədlə təşkil olunduğunu öyrənmək üçün təşkilatı işləri həyata keçirən Levon Zaxaryanla əlaqə saxladıq. Təşkilatçı sabah qələbə gününü qeyd edəcəklərini bildirdi.

Rəsmi Bakının mümkün səylərindən sonra bayram tədbirinin vaxtı dəyişdirilib. Amma sabahkı tədbirdə belə Şuşa ilə bağlı hansısa şüarların səslənəcəyi də istisna olunmur. Gürcüstan Azərbaycanlilari Milli Konqresi isə məsələylə bağlı dövlət orqanlarına müraciət edib.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev: “Biz təbii ki, buna göz yummayacağıq, etiraz tədbiri keçirəcəyik. Biz Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın ərazi bütövlüyü üçün mübarizə aparırıq. Əgər Gürcüstan hakimiyyətində buna stimul verilirsə, bizə görə bu pis münasibətdir. Ona görə də biz Gürcüstan parlamentinə və Gürcüstan rəhbərliyinə müraciət yazmışıq”.

Konsertə Ermənistandan yüksək vəzifəli şəxslərin də gələcəyi gözlənilir. Tiflis meriyasindan isə məsələ ilə bağlı məlumatı olmadıqlarını və konsertin keçirilməsiylə bağlı meriyaya müraciət olunmadığını bildirdilər.

Gürcüstanda fəaliyyət göstərən 30-a yaxın Azərbaycan təşkilatı isə birgə bəyanat imzalayaraq Gürcüstan parlamentinə və Tiflis meriyasina göndərib. Azərbaycanın Gürcüstandaki səfirliyindən isə ANS-ə bildirdilər ki, məsələdən xəbərdar olduqları üçün bayram aksiyasının qarşısını almaq üçün lazımi tədbirlər görülüb.

Qeyd edək ki, erməni icması ötən il də bu cür konsert proqramı təşkil edərək Şuşanın işğalı gününü Qələbə bayramı kimi qeyd ediblər./anspress/


Müəllif: