12 May 2014 12:36
662

İlham Əliyev: “Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib edilmir”

Fransa prezidenti Fransua Olland və Azərbaycan prezidenti İlham Əliyev “Frans-Press” agentliyinin Leyla Yunus və Rauf Mirqədirovla bağlı sualı cavablandırıblar. Fransa prezidenti bildirib ki, həmişə görüşlərində insan hüquqları məsələsinə də toxunur.

F.Olland deyib ki, prezident İlham Əliyevlə görüşündə yaxşı münasibətləri qorumaq üçün bütün məsələlər barədə müzakirə aparıblar.

Prezident İlham Əliyev bildirib ki, insan hüquqları ilə bağlı Azərbaycanda vəziyyət müsbətdir, heç kim siyasi baxışlarına görə təqib edilmir: “Azərbaycanda internetə qadağa yoxdur, əhalinin 70 faizi internetdən istifadə edir. Azərbaycan müasir demokratik inkişaf yolunu seçib. Fransa ilə Azərbaycan əlaqələri də çoxşaxəlidir”.

Qeyd edək ki, “Frans-Press” agentliyi prezidentlərin görüşündə Leyla Yunus və Rauf Mirqədirovla bağlı məsələnin müzakirə olunub-olunmadığı, bu şəxslərlə bağlı hansı qərara gəlindiyi ilə bağlı sual ünvanlayıb.

Səxavət


Müəllif: