12 May 2014 12:55
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

BAXCP Azərbaycan hökumətini “Nida"çıları və həbsdə olan Nemət Pənahlı, Fərəməz Allahverdiyev, Sərdar Əlibəyli, Qurban Məmmədov, Tofiq Yaqublu, İlqar Məmmədov, Əvəz Zeynallnı əfv etməyə, Pərviz Həşimov, Rauf Mirqədirov və Anar Məmmədli barəsində seçilimiş həbs qəti imkan tədbirini dəyişdirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu gün BAXCP İdarə Heyətinin iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət, təşkilati və cari məsələlər müzakirəyə çıxarılıb. İtimai-siyasi vəziyyətlə bağlı məsələlərin müzakirəsi çərçivəsində BAXCP İdarə Heyəti Azərbaycanın mayın 14-dən etibarən Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlaması da müzakirə olunub.

BAXCP İdarə Heyəti ölkəmizin Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlamasını yüksək dəyərləndirib və bu faktın Azərbaycanın Avropa Şurası ilə, eləcə də bu quruma üzv olan ölkələrlə daha sıx əməkdaşlığa imkan yaratdığını bildirib. BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyə başlaması ilə əlaqədar hakimiyyətin ata biləcəyi humanist addımlar bu hadisənin siyasi və mənəvi əhəmiyyətini daha da artıra bilər. Bu baxımdan, sabiq millət vəkili Gülər Əhmədovanın həbsdən azad edilməsini humanist addım kimi qiymətləndirən BAXCP İdarə Heyəti hesab edir ki, bu humanist yanaşmanın həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan, haqlarında məhkəmə hökmü olan və barələrində həbs qəti imkan tədbiri seçilmiş digər şəxslərə də şamil edilməsi ölkəmizdə kənar qüvvələrin stimullaşdırmağa çalışdığı gərginliyin azaldılmasına, milli birliyə və həmrəyliyə töhfə vermiş olardı: “Bu gün ölkəmizdə xalqın mütləq əksəriyyətinin iradəsinə söykənən siyasi sabitliyin olduğunu, ayrı-ayrı fərdlərin və qrupların bu sabitliyi pozmaq iqtidarında olmadığını, eyni zamanda bəzilərinin xeyli müddətdir ki, azadlıqdan məhrum edildiyini nəzərə alan BAXCP İdarə Heyəti Azərbaycan hökumətini “Nidaçı”ları və həbsdə olan Nemət Pənahlı, Fərəməz Allahverdiyev, Sərdar Əlibəyli, Qurban Məmmədov, Tofiq Yaqublu, İlqar Məmmədov, Əvəz Zeynallını əhv etməyə, Pərviz Həşimov, Rauf Mirqədirov və Anar Məmmədli barəsində seçilimiş həbs qəti imkan tədbirini dəyişdirməyə çağırır”.

Nemət


Müəllif: