12 May 2014 14:19
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Fransua Olland bu gün Şəhidlər xiyabanını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fransa prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Fransanın və Azərbaycanın dövlət himnləri səslənib.

F.Ollanda Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Prezident Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

Səxavət


Müəllif: