12 May 2014 15:42
715

Ermənilər Şuşanı işğal etdikdən sonra bu yerlərin ərazilərini erməniləşdirməklə yanaşı, azərbaycanlılara məxsus əmlaklara da sahib çıxmalarını nümayiş etdirməkdən əl çəkmirlər.

Teleqraf.com-un məlumatına görə, ermənilər Şuşa işğal olunduqdan sonra orada qalan azərbaycanlılara məxsus avtomobillərin nömrələrindən çəpər düzəldiblər. Sosial şəbəkədə yayılan şəkildən də göründüyü kimi bu avtomobil nömrələri SSRİ dönəminə aiddir.

Göründüyü kimi, düşmən tərəfi belə şəkilləri yayımlamaqla bir daha işğalçı olduğu sübut etmiş olur.

BƏXTİYAR


Müəllif: