16 Aprel 2014 13:56
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com-un məlumatına görə, Ranko Krivokapiç ATƏT Parlament Assambleyasının son dövrdəki fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi.

ATƏT Parlament Assambleyasının illik sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan qonaq bunu əməkdaşlığımızın yeni mərhələsi kimi dəyərləndirdi. Ranko Krivokapiç ATƏT-in Azərbaycan ilə əməkdaşlığı müxtəlif istiqamətlərdə inkişaf etdirməkdə maraqlı olduğunu dedi.

Dövlətimizin başçısı ATƏT-in Bakı ofisinin yeni statusda fəaliyyətə başlamasının əməkdaşlığımızın genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Regiondakı vəziyyətə toxunan Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin ərazi bütövlüyünün pozulduğunu və bununla bağlı Azərbaycanın ikili standartlarla üzləşdiyini təəssüflə qeyd etdi.

Görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Müəllif: