13 May 2014 17:43
1 008

Mayın 8-10-da Kanadanın Kvebek şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə Assosiasiyanın rəhbər orqanların, o cümlədən təşkilatın Prezidentinin, Baş Katibinin və Baş Müşavirinin hesabatları dinlənilib.

Assosiasiyanın Prezidenti Gerhard Yaroş və Baş müşaviri Elizabet Hou çıxış edərək cari ilin yanvar və aprel aylarında ölkəmizdə səfərdə olduqlarını və Assosiasiya ilə Azərbaycan Respublikası arasında münasibətlərin kifayət qədər işgüzar səviyyədə qurulmasını xüsusi vurğulamaqla Azərbaycanda prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi istiqamətində görülən işləri, o cümlədən müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yeni inzibati binasında yaradılmış yüksək iş şəraitini və idarənin “Qaynar xətt” əlaqə mərkəzinin müsbət fəaliyyətini, məhkəmə infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində yeni məhkəmə komplekslərinin istifadəyə verilməsini, həmçinin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi “ASAN xidmət” mərkəzlərinin uğurlu model olaraq digər ölkələrə nümunə ola biləcəyini qeyd etmiş və aparılan islahatlardan məmnunluqlarını ifadə ediblər.

İclasda Assosiasiyanın gələcək fəaliyyət istiqamətləri üzrə digər ölkələrin prokurorluq orqanları ilə əlaqələrinin gücləndirilməsinə dair müzakirələr aparılıb, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək qurumun Baş İclası və 19-cu İllik Konfransının “Prokurorluğun fəaliyyətində müasir kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda keçirilməsi qərara alınıb.

İcraiyyə Komitəsinin iclasında çıxış edən Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev tədbir iştirakçılarına cari ildə Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar 2014-cü ilin 30 iyun - 1 iyul tarixlərində Bakı şəhərində Avropa Şurası ilə birlikdə Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA), Avropa Şurasına üzv ölkələrin Baş prokurorlarının, Ədliyyə nazirlərinin və müstəqil antikorrupsiya qurumlarının iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə:
beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda konfransın keçirilməsi barədə ətraflı məlumat verərək Assosiasiyanın Avropa Şurasına üzv ölkələrinin nümayəndələrini sözügedən tədbirə dəvət edib.


Hacı Zeynalov


Müəllif: