2 Fevral 2015 10:14
2 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasında narazı qrupun lideri Qubad İbadoğlu bu gün müsavatçılara müraciət edib.

Teleqraf.com xəbər verir ki, İbadoğlu müraciətini sosial şəbəkələrdə yerləşdirib: “Bilirsiniz ki, mən partiya Divanının 2 fevral tarixli iclasına dəvət almışam. Həmin iclasda mənim davranışlarımın partiya nizanaməsinə uyğunluğu müzakirə olunacaq. Bu dəvəti qəbul etsəm də, Bakıda olmadığıma görə iclasa qatıla bilməyəcəm. Bakıda olduğum günlərin birində Divanın növbəti toplantılarından birinə qatılıb, Divan müzakirələrində iştirak etmək niyyətindəyəm. Bununla bağlı narahatılığım yoxdur. Mən həmişə müzakirələrə açıq olmuşam.

Məni narahat edən başqa mədamdır. Bu dəvətdən sonra artıq bir neçə gündür ki, Müsavatın hazırkı rəhbərliyinin xüsusi təşəbbüsü və birbaşa göştərişi ilə açıq və saxta profillərlə sosial şəbəkələrdə, özlərinə yaxın saytlarda və partiya daxilində mənə qarşı çirkin kampaniyaya start verib. Artıq bütün cəbhə boyu hücuma keçən partiya rəhbərliyi və rəhbərliyə yaxınlığı ilə seçilən kiçik bir qrup vahid mərkəzdən idarə olunan statuslar və şərhlər yazır, qurşağdan aşağı zərbə vurmaqla məni nüfuzdan salmağa çalışırlar.
“Çamur at, izi qalsın” prinsipi ilə hərəkət edən bu kiçik qrup güman edir ki, təhqir, şər və böhtan yolu ilə Qubad İbadoğlunu hörmətdən salıb, özləri sayğı qazanacaqlar. Fəqət, bu anlayışsızlıqları ilə çox böyük səhv etdiklərinin fərqində deyillər. Mən yaxşı bilirəm ki, Müsavat Partiyası onlar güman etdikləri qədər tükənməyib, aşınmayıb. Bu partiya həmişə sizin kimi fədakar və haqqı nahaqqdan ayıra bilən sıravi müsavatçıların sayəsində ayaqda qalıb, ən çətin zamanlarda belə şərin, nifrətin, böhtanın öhdəsindən gəlməyi, şər ocaqlarını susdurmağı bacarıb".

Daha sonra Qubad İbadoğlu fədakar müsavatçılara xitab edib:

"Öncə etdiyiniz zənğlərə, sağlam mövqeyinizi statuslarla, rəylərlə bildirdiyinizə, qısası, müxtəlif vasitələrlə verdiyiniz dəstəyə görə Sizə təşəkkür edirəm.

Mənim sözüm Sizədir. Bu statusla məhz sizə müraciət edirəm! Siz kimin həqiqətlə, halalıqla, kimin yalanla, haramla, oğurluqla mövqe qazandığını yaxşı bilirsiniz. Mən sizin sağlam məntiqinizə, böyük ədalətinizə və Müsavat ideyasına olan sarsılmaz inamınıza, sədaqətinizə güvənirəm. Bilirəm ki, sosial şəbəkələrdəki bu iyrənc kampaniyanın əsl məqsədini yaxşı anlayır, suyu bulandıranların kimlər olduğunu gözəl dərk edirsiniz. Sosial şəbəkələrdə bu qeyri-insani kampaniyaya fətva verənlərin həmin iyrənc şərhlərə yazılan əks mövqeli rəyləri anındaca sildiklərini, məhdud tərəfdarlarını bu işlərə cəlb etmək üçün ilan kimi qabıqdan çıxdıqlarını Sizə anlatmağa da lüzum görmürəm. Siz yaxşı bilirsiniz ki, həyatını bu kimi cılız kampaniyalara sərf edənlər böyük ideya və amal sahibləri ola bilməzlər. Şərəfli müsavatçı adının daşıyıcıları isə heç bir zaman ola bilməzlər!

Bu çirkin kampaniyanı başlatmaqda onların bir əsas məqsədi var: məni hövsələdən çıxarmaq, təmkinimi itirməyimə nail olmaq! Əsla! Mən onların şərəf və ləyaqət anlayışına zidd olan statuslarına, böhtan dolu söz-söhbətlərinə heç bir zaman onların səviyyəsində cavab verməyəcəyəm.

Bu cılız kampaniyanı körükləyənlər, ona fətva verənlər! Qulaqlarınızı açın, yaxşı-yaxşı eşidin, bunu görməyəcəksiniz! Sizi bir daha bu çirkin metodlardan çəkinməyə çağırıram. Vicdanınızın (əgər varsa, onu da itirməmisinizsə) səsini dinləyin və bu kampaniyanı dayandırın! Sizi kişi kimi mübarizə aparmağa çağırıram!

Bir daha təkrar edirəm ki, bu mübarizədə mənim yeganə amalım partiyadaxili barışığa nail olmaq və Müsavatı gücləndirməklə hakimiyyət uğrunda mübarizə aparmaqdır!”

Nərgiz


Müəllif: