2 Fevral 2015 10:21
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 1-də KXCP-nin mərkəzi qərargahında Xalq Arzusu Hərəkatının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin genişləndirilmiş yığncağı keçirib.

Tədbir Azərbaycanın Dövlət Himninin oxunması və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Yığıncaqda Təşkilat Komitəsinin görülən işlərlə bağlı hesabatı dinlənilib. Qeyd olunub ki, bir sıra bölgələrdə konfransa hazırlıq üzrə Təşkilat Komitələri artıq təşkilatlanma işini başa vurublar və yaxın günlərdə konfransların keçirilməsi planlaşdırlır. Bölgələrdə təşkilatlanma işləri davam etdirilir.

Sonra görülən və görülməsi nəzərdə tutulan işlər, qarşıda duran vəzifələr, parlament seçkiləri, ölkədə və regionda baş verən ictimai-siyasi vəziyyət müzakirə olunub.

Təşkilat Komitəsi 31 yanvar Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə Rəsulzadənin anadan olmasının131 illiyi, 2 fevral Gənclər Günü münasibəti ilə Rəsulzadə sevərləri və gəncləri təbrik edib.

Cavidan


Müəllif: