5 Fevral 2015 16:05
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Azərbaycanın dostları olaraq bu ölkənin uğurlarının ABŞ-da və bütün dünyada daha geniş təbliği üçün əlimizdən gələni etməliyik. Bu, çox önəmlidir. Xüsusilə də Azərbaycanın İsraillə münasibətlərinin dərinliyi, ABŞ üçün nə dərəcədə önəmli olması, müasir və dünyəvi ölkə kimi nümunəviliyi, Avropanın enerji təhlükəsizliyində önəmli rol oynaması daha çox təbliğ edilməlidir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri jurnalistlərə müsahibəsində Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris söyləyib.

D.Harris Azərbaycanın həm ABŞ-ın strateji maraqlarından irəli gələrək, həm bir tolerantlıq modeli olaraq, həm də qarşılıqlı hörmət nümunəsi göstərən bir ölkə kimi dəyərini yüksək qiymətləndirdiklərini bildirib. O, Azərbaycanla İsrail, eləcə də dünyadakı yəhudi icmaları arasında yaxşı münasibətlərin olduğunu və bu münasibətlərin getdikcə daha da dərinləşdiyini diqqətə çatdırıb.

Xocalı soyqırımına münasibət bildirən icraçı direktor deyib: “Ailәsi Holokost qurbanı olmuş bir şəxs kimi düşünürəm ki, belə faciələrin bir daha baş verməməsi üçün dövlәtlәr, dini rəhbərlər, bütün xoş niyyətli insanlar səylərini əsirgəməməlidirlər”.

Səxavət


Müəllif: