7 Fevral 2015 10:35
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavatın demokratiyadan, söz azadlığından danışmağa haqqı yoxdur.

Teleqraf.com xəbər verir ki, bu fikri Azərbaycanda Demokratiya və Rifah Hərəkatının həmtəsisçisi Səxavət Əlisoy sosial şəbəkədə bildirib.

O, bildirib ki, vaxtilə Əşrəf Mehdiyev və Etibar Məmmədov Heydər Əliyevə prezident seçkilərində rəqib oldular və hər ikisi, xüsusən Əşrəf Mehdiyev Heydər Əliyev barəsində çox sərt ifadələr işlətdi: “Heydər Əliyev prezident seçildikdən sonra çoxları onun alternativlərinə qarşı sərtolacağını təxmin edirdi. Olmadı.
İsa Qəmbər və Cəmil Həsənli prezident seçkilərində İlham Əliyevə rəqib oldu. Ancaq İlham Əliyev də rəqibləri barədə cəza tədbiri seçmədi.

Ancaq "Demokrat" Hacılı Müsavatın VIII qurultayında saxta yolla başqan olduqdan sonra hansı oyundan çıxdı. Başqanlıq seçkisində rəqibi olan 3 müsavatçıdan ikisini partiya sıralarından xaric etdi. Onun göstərişi ilə neçə müsavatçı partiya cəzası aldı...

Bu faktlar ortadadırsa, Müsavat hansı haqla demokratik dəyərlərdən danışa bilər?

Bir anlığa təsəvvür edin ki, ona hakimiyyətdə hər hansı bir vəzifə həvalə edilib ( hərçənd ki, bunu Hacılı yalnız yuxusunda görə bilər). Adam nələr etmək eşqinə düşərdi.

Tanrı dağına baxıb qar verər. Hacılı cılız adamdır, onu yaxından tanıyanların hər biri onun nə qədər cılız olduğunu gözəl bilir.

Zat cılız olduğu üçün Müsavatı da özünə oxşatmaqda qərarlıdır”.

Samir


Müəllif: