7 Fevral 2015 17:21
416

Müsavat Partiyası Məclisinin üzvü Könül Şamilqızı bir müddət əvvəl partiyadan istefa verərək Milli Şuraya gedən Yeganə Hacıyevanı tənqid edib.

Tənqidə səbəb Hacıyevanın bir neçə gün əvvəl Milli Şuranı tərk edərək 125-lər adlandırılan kluba getməsi olub. Könül Şamilqızı bu məsələni qiymətləndirərək ironik münasibət bildirib.

Məclis üzvü deyib ki, Müsavatdan gedəndə kreslosunu da istəyən və Milli Şuraya keçən, cəbhəçilərin gurultulu alqışla qarşıladığı biri vardı: “Deyirlər, indi də Milli Şuranın sıralarını tərk edərək başqa quruma keçib. Deputat olmaq istəyindədir. İndi mənə maraqlıdır cəbhəçilər bu haqda nə düşünür”.
Hələlik Yeganə Hacıyeva bu məsələyə dair münasibətini ifadə etməyib.

Cavidan


Müəllif: