7 Fevral 2015 17:03

Sabiq təhsil naziri, professor Firudin Cəlilov Türkiyədən müayinədən qayıdıb. Ötən gün istiqlalçı deputat Bakıya dönüb. O, bir neçə gün Ankarada qalıb, Bayandur klinikasında həkim nəzarətindən keçib.

F.Cəlilovun səhhətinin normal olduğu, müayinə və müalicəsini bundan sonra da davam etdirəcəyi bildirilir. Hazırda Cəlilov dincəlir. Ancaq dünən sabiq nazir sosial şəbəkələrdə Bakıya dönən kimi acı xəbər aldığını vurğulayıb. O, xüsusilə, Xalq şairi Vaqif Səmədoğlunun vəfatından üzüldüyünü ifadə edib.

Eləcə də, yaxından tanıdığı politoloq Zəfər Quliyevin qəfil vəfatı da Firudin Cəlilovu üzüb. Hər iki şəxsə rəhmət diləyən sabiq nazir dostlarını itirdiyini xüsusilə vurğulayıb. Qeyd edək ki, Cəlilov müxtəlif dövrlərdə Zəfər Quliyevlə ictimai təşkilatlarda təmsil olunub.

Cavidan


Müəllif: