15 May 2014 11:08
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanı həm siyasi, həm də ictimai beynəlxalq arenada təmsil edən gənc istedadlı insanlar var. Bunların sıradan çıxarılması üçün sanki bir xüsusi kampaniya aparılır”.

Bu fikirləri QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevlə bağlı bir sıra mətbu orqanlarda getmiş qərəzli yazılara münasibət bildirən Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bizdə millətin, xalqın sayı çox deyil: “Cəmi 20 ildən bir az çox vaxtda müstəqillik qazanmışıq və bu dövr ərzində yetişən cavan kadrları ləkələmək, qaralamaq ədalət ölçülərinə uyğun gəlmir. Bilirəm ki, Azay Quliyev beynəlxalq arenada Azərbaycanın səviyyəli bir təqdimatını həyata keçirir. Ona görə də cəmiyyətdə qarayaxma belə fikirləri qəbul etdirmək çətindir. Bu mənada cəmiyyətdə hər kəs bir-birinə dayaq olmalıdır. İstedadlı insanların sıradan çıxarılmasına, yalançı müxtəlif ittihamlarla ortadan qaldırılmasına, siyasi arenada müəyyən dərəcədə fəaliyyətinə kölgə salınmasına yol verilməməlidir. Xüsusilə Azərbaycanda qeyri-hökumət təşkilatları sektorunda fəal təşəbbüskar insanlar toplaşıblar. Bu sektorun idarə olunması, müəyyən fəaliyyətin genişləndirilməsini ümumi Azərbaycan cəmiyyətinin təşəbbüskarılığına dəstək göstərilir. Azay Quliyev bu sektorun öncüllərindən biridirsə, hamılıqla bu kampaniyaya qarşı öz mövqeyimizi ortaya qoymalıyıq”.

F.Mustafa deyib ki, istedadlı insanlara qarşı belə kampaniyalar onların iş əmsalına da müəyyən mənada təmsil edir və buna yol vermək olmaz.

BƏXTİYAR


Müəllif: