10 Fevral 2015 11:11
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və komitənin sədr müavini Rövşən Rzayev Avronest PA-nın tədbirlərində iştirak etmək üçün bu gün Fransanın Strasburq şəhərinə səfərə yola düşəcək.

Teleqraf.com Milli Məclisə istinadən xəbər verir ki, qurumun Siyasi və İqtisadi komitələrinin üzvü olan Əli Hüseynli Avronest PA-nın Büro iclasında Azərbaycanı təmsil edəcək. Büroda bir sıra təşkilati məsələlərə baxılacaq. Belarus üzrə və Prosedur qaydaları üzrə işçi qrupların 2014-cü ildəki fəaliyyətinə nəzər salınacaq, Daimi komitələrdə hazırlanmış məruzə layihələri ilə, həmçinin Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə ünvanlanacaq məktubla bağlı fikir mübadiləsi aparılacaq.

Prosedur qaydaları üzrə işçi qrupun həmsədri, Sosial komitənin üzvü Rövşən Rzayev isə Avronest PA-nın plenar sessiyası və Daimi komitələri üzrə prosedur qaydalarına təklif edilən əlavə və dəyişikliklərlə bağlı məsələnin müzakirəsində iştirak edəcək.

Nemət


Müəllif: