10 Fevral 2015 16:02
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın törətdiyi vəhşiliklər, xüsusilə Xocalı soyqırımı bəşəriyyətə qarşı işlədilmiş cinayətlərdir”.

Teleqraf.com xəbər verir ki, bu fikri politoloq Elman Nəsirli deyib. E.Nəsirli bildirib ki, işğalçı ölkəni Avropa Şurasının İnsan Hüquqları Məhkəməsinə vermək mümkündür. Onun fikrincə, prinsip etibarilə rəsmi İrəvana qarşı bütün təsir və təzyiq üsullarından istifadə etmək lazımdır.

“Ermənistanla ənənəvi dildə danışmaq, indiyədək tətbiq olunan üsullarla, metodlarla işğalçı ölkənin mövqeyini dəyişmək mümkün deyil. Belə olan təqdirdə Ermənistan danışıqlardan da imtina etmir, amma danışıqlara yalnız danışıqlar xatirinə gedir. Təbii ki, sonda da heç bir nəticə hasil olmur. Rəsmi İrəvana müxtəlif istiqamətlərdən, ATƏT-in Minsk qrupu çərçivəsində bu məsələnin kəskin qoyulması kimi təzyiqlər edilməlidir. Bütün bunların fonunda Azərbaycan ordusu davamlı şəkildə güclənməkdədir. Bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı hərbi təlimləri keçirildi. Hətta orada Azərbaycan müdafiə naziri Zakir Həsənov belə bir fikir söylədi ki, artıq Ermənistan ordusu da köçməkdədir. Ordu sahəsində bizim güclənməyimiz, fərdi potensialımızın artması, eyni zamanda hüquqi müstəvidə Ermənistana qarşı təzyiq mexanizmlərinin işə salınması, hesab edirəm ki, işğalçı ölkəni sözün həqiqi mənasında küncə sıxmış olur” – deyə, politoloq qeyd edib.

Səxavət


Müəllif: