10 Fevral 2015 18:05

Rusiya Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi ölkəsinə ekstradisiya etməyəcək.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş prokuroru Yuri Çayka məlumat verib. Onun sözlərinə görə, əgər Ukrayna tərəfi bu təkliflə çıxış etsə, rədd cavabı alacaq: “Ukrayna Yanukoviçi siyasi səbəblərə görə axtarır. Biz mütləq Ukrayna Baş Prokurorluğunun ekstradisiya tələbini cavablandıracağıq. Ancaq bu siyasi məsələ olduğuna görə cavabımız da mənfi olacaq”.

Yuri Çayka Rusiya qanunvericiliyinin və beynəlxalq hüquq sənədlərinin siyasi əsaslarla barələrində cinayət işi açılan şəxslərin ekstradisiya edilməsini nəzərdə tutmadığını deyib.

Samir


Müəllif: