12 Fevral 2015 11:16
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Mətbuat Mərkəzində iqtidar-müxalifət dialoqunda Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu çıxış edib.


Teleqraf.com-un məlumatına görə, Mirmahmud Mirəlioğlu deyib ki, mətbuatın burada olımasından sui-istifadə etmək niyyətində deyil: “Son görüş iki ay əvvəl olmuşdu. Həmin görüşdə müəyyən məsələlər müzakirə edilmişdi. İnanıram ki, müzakirə olunan məsələlər barədə dövlət başçısına məlumat vermisiniz. Görüşdə səsləndirilən məsələlərlə bağlı hansı nəticələrin olduğu barədə məlumat almaq istərdik”.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov görüşün qapalı hissəsində bu barədə məlumat verəcəyini bildirib.

Qeyd edək ki, dialoqun mətbuata açıq hissəsi bitib. Hazırda tərəflər qapalı müzakirələr keçirirlər.

Nemət


Müəllif: