15 May 2014 13:57
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ATƏT Parlament Assambleyasının sədri, İtaliya parlamentinin üzvü Rikardo Miqliori ilə görüşüblər.

Bu barədə Teleqraf.com-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.

Görüşdə İtaliya-Azərbaycan parlamentlərarası əlaqələrinin perspektivi, Dağlıq Qarabağ problemi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, millət vəkili Azər Kərimli, qrupun üzvləri, millət vəkilləri Eldar İbrahimov, Qüdrət Həsənquliyev və İlham Əliyev iştirak ediblər.

Nemət


Müəllif: