16 Fevral 2015 11:29
698

“Biz Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki addımlar barədə ciddi danışıqlar olacağını gözləyirik”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri hazırda Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter səhifəsində yazıb. Onun sözlərinə görə, hər kəs bu danışıqlardan faydalana bilər.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb. Vasitəçilər Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) Bakıya gəlib. Bu gün həmsədrlərin Azərbaycan Prezidenti, xarici işlər naziri və müdafiə naziri ilə görüşəcəyi gözlənilir. Görüşlərdə danışıqlar prosesinin gedişi, Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti və Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə olunacaq.

Fevralın 17-də həmsədrlər İrəvana yollanacaq. Bakı və İrəvandan sonra vasitəçilərin Xankəndinə də səfəri gözlənilir.


Müəllif: