19 Fevral 2015 15:39
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionda dondurulmuş münaqişələrin mövcudluğu Azərbaycanın, eləcə də Gürcüstanın inkişafına mane olur.

Trend xəbər verir ki, bunu cümə axşamı Tbilisidə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Tamar Beruçaşvili ilə birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın inkişafına mane olmur, həm də Yerevanı çıxılmaz vəziyyətdə qoyacaq: "Çünki Yerevan belə şəraitdə irimiqyaslı regional layihələrdə iştirak edə bilmir".

O, qeyd edib ki, əgər Ermənistan təcavüzkar siyasətindən əl çəksə, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi layihəsinin iştirakçısı ola bilər.

Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri cümə axşamı iki günlük rəsmi səfərlə Gürcüstana gəlib.


Müəllif: