15 May 2014 19:12
1 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mətbuatı Azərbaycanın baş nazirinin müavini Abid Şərifovun Soma faciəsini anarkən göz yaşlarına boğulmasından yazıb.

Teleqraf.com-un məlumatına görə, nüfuzlu “Hürriyyət” qəzeti “Azeri başbakanın Soma gözyaşı” kimi təqdim edib.

Türkiyənin Azərbaycandakı səfirliyində anım mərasimində iştirak edən baş nazirin müavini Abid Şərifov Türkiyədə kömür mədənində baş verən faciədən danışıb. Dövlət rəsmisi qardaş ölkədə baş verənlərdən danışarkən göz yaşlarını saxlaya bilməyib:

“Nə deyim? Allah rəhmət elsin. Türkiyə xalqına, dünyasını dəyişmiş insanların ailələrinə başsağlığı veririk. Allah səbr versin. Bir daha istər Türkiyədə istər Azərbaycanda, istərsə hansısa türkdilli dövlətdə belə hadisələr baş verməsin. Bir daha hər birinə səbr diləyirəm. Allah rəhmət eləsin. Qəbirləri nurla dolsun”.

Kəmalə


Müəllif: