16 Aprel 2014 18:03
1 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan tərəfini Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Mehriban Nəcəfova, Xorvatiya tərəfini isə bu ölkənin Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin Konsulluq idarəsinin rəisi Vinko Lyubiçiç təmsil edib.

Görüşdə Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin uğurla davam etdirilməsi, konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün hazırkı məsləhətləşmələrin keçirilməsinin vacibliyi qeyd edilib.

Səxavət


Müəllif: