24 Fevral 2015 12:39
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə çıxış edən vitse-spiker Bahar Muradova bu günlərdə Xocalı qətliamının ildönümü ilə bağlı tədbirlər keçirildiyini bildirib.

Teleqraf.com-un xəbərinə görə, o, vaxtilə bu hadisənin şokunu yaşadığımızı xatırladıb və deyib ki, indi soyqırımın səbəbkarlarlını cəzalandırmaq, qətliamı dünya ictimaiyyətinə çatdırmaq istiqamətində iş aparılır: "Cənab sədr bu haqda danışdı. Mən də hesab edirəm ki, bu prezidentin apardığı siyasətin, rəsmi diplomatiyanın və parlament diplomatiyasının uğurudur. Mən bu günlərdə ATƏT Parlament Assambleyasının qış sessiyasından gəlmişəm. Orada bu məsələni qaldırdıq. Ermənilər bu məsələdə də bizi günahkar çıxarmaq istəyir. Orada ermənilər deyirlər ki, əslində bu hadisənin günahkarları sabiq prezident Ayaz Mütəllibov və AXC hakimiyyəti olub. Çünki fevralın 25-dən 26-na keçən gecə dəhliz açılmışdı. Mən hesab edirəm ki, bizim siyasətçilər açıqlama verərəkən, bir qədər uzunmüddətli maraqları nəzərə almalıdır. Biz erməni nümayəndə heyətinin bu iddiasından çıxış edərək öz mövqeyimizi ifadə etdik. Bildirdik ki, soyuq qış gecəsi, 20-25 dərəcə şaxta olduğu bir zaman niyə dəhliz yaradılmışdı, nədən Xocalı sakinləri öz evlərindən çıxmalı idi, bu, etnik təmizləmə deyildimi? Mən hesab edirəm ki, biz bütün diqqəti bu istiqamətə yönəltməliyik”.

Nemət


Müəllif: