24 Fevral 2015 13:02
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məni ingilis, rus, fransız dilindən tərcüməçi kimi görürdü. Mənim bu sözlərimi eşidib, özü də bu barədə danışır. Əgər bunu dönə-dönə deyirsə, ona 3 qat ayıbdır. Əli Kərimli mənə qarşı o cür yanaşmasının bədəlini ağır ödəyəcək. Həyatımı ona vermişdim. Amerikadan tutmuş Yaponiyaya qədər hər yerdə yazılarım dərc olunur. O, məni sındırmaq, əzmək niyyəti güdürdü. Yolumdan çəkilən insan deyilən".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, 3 dildə bir saatın içində Əli Kərimlini ifşa edəcək bəyanat hazırlayır: "Cəbhəçiləri məşəqqət altında yaşatmağına icazə verməyəcəm. Məhrumiyyətlər yaşadığını insanlara minnət etmək doğru deyil. Ən çox çox məhrumiyyət yaşayan lider olmalıdırsa, gəlsin Lamiyə Quliyeva lider olsun. Çünki o, daha çox məhrumiyyət yaşayıb. Mən Azərbaycan siyasətini qurtarmaq üçün bu faktları açıqlayıram".

Nərgiz


Müəllif: