28 Fevral 2015 18:18
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sosial Demokrat Partiyası parlament seçkilərində iştirak etmək haqda qərar verib.

Qərarı partiyanın Mərkəzi Bürosu çıxarıb. Hazırda partiya seçkilərə hazırlığa başlayıb. Əldə etdiyimiz məlumata görə, sol partiya seçkilərdə təkbaşına iştirak etmək və cəmi bir neçə namizəd irəli sürmək niyyətindədir. Xüsusilə qeyd olunur ki, ASDP heç bir siyasi partiya ilə müttəfiqlik etmək, seçki bloku yaratmaq niyyətində deyil.

Hesab olunur ki, yaradılan seçki bloklarının effekti olmur və həm də tərəflər üzərinə götürdükləri öhdəliklərə əməl etmir. Bu arada ASDP-dən bildirilib ki, bu partiya solların və kommunistlərin iştirakı ilə hər hansı bir sol blokun yaranmasında da maraqlı deyil. Çünki bir neçə il əvvəl buna bir dəfə cəhd edilib, lakin sonradan sol blok alınmayıb.

Cavidan


Müəllif: