3 Mart 2015 17:12
422

““Cənub Qaz Dəhlizi” Azərbaycan üçün çox əhəmiyyətli bir layihədir”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” necə önəm kəsb edirdisə, bu layihə də hazırda böyük əhəmiyyət daşımaqdadır. Onun sözlərinə görə, bu layihə Azərbaycanın iqtisadi müstəqilliyi baxımından da mühüm rol oynayır.

“Eyni zamanda, layihə Azərbaycanın iqtisadiyyatının daha da yüksəldəcək. Azərbaycan öz qazının Avropaya nəqli üçün zəruri addımları atmaqdadır. Bu bizim üçün çox əhəmiyyətli bir layihədir və hesab edirəm ki, layihə vaxtında yerinə yetiriləcək”, – deyə komitə üzvü qeyd edib.

Səxavət


Müəllif: