4 Mart 2015 10:44
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərin statusu ilə bağlı İşçi Qrupun 39-cu iclası öz işinə başlayıb.

Teleqraf.com-un məlumatına görə, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən iclas sabah da davam etdiriləcək.

Qeyd edək ki, bu dəfəki iclasda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üçün bu günə qədər razılaşdırılmış bəndlər üzrə müzakirələr aparılacaq.

Həmçinin bu ilin ortalarında Astanada keçirilmәsi planlaşdırılan sammitin gündәliyi vә tarixi də müәyyәn olunacaq.

Qeyd edək ki, xüsusi işçi qrupun 39-cu iclasında xarici işlәr nazirinin müavini Xәlәf Xәlәfov, İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Qazaxıstan XİN xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova iştirak edirlәr.

Ayxan


Müəllif: