16 May 2014 17:49
1 129

Niderlanda yaşayan həmyerlimiz, Niderland Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov Niderland parlamentinin üzvü Mixel Servaeslə görüşüb.

Teleqraf.com-a məlumat verən Vüqar Abbasov görüşün olduqca yüksək səviyyədə keçdiyini bildirib:

“Görüş müsahibə almaq məqsədi ilə keçirildi. Ancaq orada həm də Azərbaycan torpaqlarının ermənilər tərəfdən işğalda olması, Xocalı hadisələri və s. barədə müzakirələrimiz oldu. Mən cənab Servaesə bütün bu problemlərin Rusiya tərəfdən yarandığını bildirdim və istər onun, istərsə də digər avropalı siyasətçilərin tarixə yaxşı nəzər salmalarının lazım olduğuna diqqət çəkdim. Qeyd etdim ki, necə ki, Ukraynada, Gürcüstanda, Moldaviyada baş verənlər Rusiyanın işğalçılıq siyasəti kimi dəyərləndirilir, eləcə də Azərbaycan ərazilərinin işğalına o cür baxmaq lazımdır”.

V.Abbas millət vəkilinin diqqətinə onu da çatdırıb ki, Ermənistan hər zaman Rusiyanın təsiri altında olub və bu gün də belədir: “Misal olaraq, martın 27-də Ermənistan BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Krımdakı referendumu tanımamaqla bağlı irəli sürdüyü qətnamənin əleyhinə, Azərbaycanın isə lehinə səs verməsini göstərdim. Xocalı hadisələrinin Niderland parlamentində müzakirə olunması və digər bu kimi məsələlər də görüş zamanı müzakirə olundu. Bu yaxınlarda mətbuata daha ətrafl məlumat verəcəyəm və aldığım müsahibəni oxuduqda da söhbətimiz barədə geniş bilgi almış olacaqsınız” - deyə həmyerlimiz əlavə edib.

BƏXTİYAR


Müəllif: